Arktikada antibiotiklərin alternativi tapılıb

12

Mövcud antibiotiklərə davamlı olan, bakteriyalardan əmələ gələn yoluxucu xəstəliklərə qarşı mübarizə aparmaq üçün Rusiyanın Arktika ərazisinin ekosistemlərində tapılmış bakteriofaq viruslarından (mikroorqanizmləri yeyən canlılar, bakteriyanı yoluxduran və onu məhv edən viruslar) istifadə ediləcək.

Koronavirus pandemiyası zamanı xəstəxanalarda mövcud dərmanlara qarşı davamlı bakteriyaların ortaya çıxması səbəbindən infeksiyalara qarşı mübarizə aparmaq üçün klassik antibiotiklərə alternativ yeni növ antibiotiklər hazırlanmalıdır. 

Alimlərin fikrincə, Antarktidada aparılan ekspedisiyaların nəticələrinə əsasən, bakteriofaqlara çoxlu miqdarda quşların, o cümlədən pinqvinlərin yaşayış yerlərində və şirin su gölləri sahələrində də rast gəlinir. 

Alimlərin növbəti addımları, bunların tibbi yardımla əlaqəli infeksiyaların müalicəsində və xüsusilə də antibiotiklərə qarşı həddindən artıq müqavimətə görə, infeksiyaların müalicəsində nə qədər təsirli şəkildə istifadə edilə biləcəyini yoxlamaqdan ibarət olacaq.