Artıq ermənilər də özlərinə nifrət etməyə başlayıblar

18

Nurlan Məmmədov

Erməni xislətinin çirkinliyi, erməni həyasızlığı, erməni ikiüzlülüyü o qədər ifrat dərcəyə çatmışdır ki, artıq dünyada sosial bir termin kimi istifadə olunmağa başlamışdır. «Erməni xəyanəti», «erməni riyakarlığı», «erməni düşmənçiliyi» və s. kimi ifadələr qlobal informasiya cəmiyyətində və beynəlxalq jurnalistikada geniş vüsət qazanmaqdadır. Bütün dünya, insanlığa qarşı soyqırım həyata keçirən erməni faşizminin mahiyyətini artıq dərk etmişdir. Yəni daha burada düşmənin təkcə hərbi-siyasi dairələrini günahlandırmaqla kifayətlənmək olmur. Çünki bu maddi və mənəvi terroru beyni zəhərlənmiş gənc və sıravi ermənilər də həyata keçirir və bu zaman onlar hərbçilərdən heç də geri qalmırlar, əksinə, daha çox canfəşanlıq edib sülh prosesini pozurlar. Halbuki sülh prosesinə ən çox maraq göstərən vətəndaş cəmiyyəti olmalıdır. Sual oluna bilər, bəs bu gənclərə belə hədsiz nifrəti kim aşılamışdır və onlara bu tərbiyəni verən kimlər olmuşdur?

Cavab birmənalıdır. Onları Azərbaycanlılara, türklərə nifrət hissi ilə böyüdən, düşmənçilik və millətlərarası nifaq toxumu səpən məhz faşist ideyası ilə yaşayan erməni valideynlərdir. Kütləvi olaraq erməni gənclərinin beyinlərinin yuyulmasında da məhz erməni məktəbləri, erməni ali təhsil ocaqları böyük rol oynamışdır. Məktəblərə od vurub yandıran elə faşist təfəkkürlü erməni «pedaqoq»ları idi.

Onların dərsliklərindən tutmuş ideya-siyasi təbiyəsinə qədər hər şey yenidən tətrib edilməli, yenidən qurulmalıdır. Düşünürəm, necə ki İtaliyada və Almaniyada faşist və nasist liderlərin adları çəkiləndə cərimə və cəzalandırma tətbiq olunur, bu kimi tədbirlər Ermənistanda da həyata keçirilməlidir. Qaregin Njde, Robert Koçəryan, Serj Sarksyan kimi bəşəriyyətə qarşı hərbi cinayətlər işləmiş qatillərin adları tarixdən silinməli, unutdurulmalı, dərsliklərdən çıxarılmalı və zərərli ideya hesab olunaraq erməni gənclərinin yaddaşından əbədi silinməlidir. Əgər Ermənistan Respublikası həqiqətən sülh içində yaşamaq, xalqların əmin-amanlıq, dostluq və qonşuluq şəraitində iqtisadi-sosial əlaqələri həmişəlik bərpa etmək istəyirsə bu qeyd etdiklərimizi siyasi, elmi və təhsil müstəvisində mütləq həyata keçirməlidir.

Necə ola bilər ki, bir erməni qarısı «on barmağım hərəsi bir silahdır Azərbaycanlılar üçün» deyə bilər? Onda bu nifrət hissi hardandır? Necə ola bilər ki, erməni gənclər qadağan olunmuş «İsgəndər» operativ-taktiki raketi dinc əhali yaşayan Azərbaycan şəhərlərinə tuşlayıb atanda sevincindən atılıb-düşür, bayram edirlər?

Bu onun göstərcisidir ki, bütöv bir erməni nəslinin az qala yarıdan çoxunun beyninə faşist ideologiyasını yeridən erməni təbliğat maşını təsir etmişdir ki, bu da ümumilikdə erməni xalqını əbədi bəlaya sürükləyib onları sosial, siyasi və iqtisadi fəlakətə düçar etmiş, cəmiyyətin rifahını sarsıtmışdır.

Buna görə də artıq deyim yarandı ki, «düşmənimiz də erməni kimi olmasın». Bəli, bu gün erməni mövqeyi, erməni həyasızlığı, erməni sırtıqlığı sərhəd tanımır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişkən, bunlar özlərini elə aparır ki, sanki bütün dünya bunlara borcludur. Məscidlərimizdə donuz saxlayan, qədim Alban kilsələrimizi öz dini məbədləri kimi tanıtmağa çalışan, məzarlıqlarımızı dağıdan, müqəddəs ziyarətgahlarımızı viran qoyan, meşələrimizi fosforlu bombalarla yandırıb yaxan, ağaclarımızı kökündən qoparan, yeraltı və yerüstü sərvətlərimizi talayıb satan, axar çaylarımızın məcralarını dəyişdirib qurudan, gölləri bioloji və kimyəvi zəhərləmələrə məruz qoyan erməni xislətinin, insanlıq üçün təhlükəli olan ideologiyanın təzahürüdür və bunları törədənlər də erməni faşizmini özünə ideya seçən hərvi və mülki ermənilərdir.

Bu nəsilə tərbiyə verən, onları zərərli ideyalarla böyüdüb Azərbaycan xalqına qarşı nifrət hissi aşılayaraq döyüşə yollayan məhz belə düşüncəli erməni ailələr idi. Bütün dünya gördü ki, onlar tərk etməli olduqları evlərə necə od vurub çıxırdılar. Bütün dövlətlər şahid oldu ki, ermənilər yıxıb-dağıdan şər qüvvədir. Bundan sonra diqqət etmək lazımdır ki, erməni faşizmi daha baş qaldırmasın. Bəşəriyyətə qarşı bu təhlükəli ideologiyanı kökündən sarsıdan Azərbaycan Respublikası Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış bu müqəddəs qələbə həm də erməni xalqının xilas olması deməkdir. Bizim apardığımız şanlı Vətən müharbiməzin qələbəsi həm də Xeyirin Şər üzərində qələbəsidir. Erməni faşizminin əsaslarını məhv edən bu müharibədən sonra bəşəriyyətə zərərli olan erməni faşist idealogiyası artıq məhv edilmişdir. Erməni xalqı böyüyən erməni gəncliyini bu təhlükəli ideologiyadan xilas etmək üçün var gücü ilə çalışmalıdır.

Yeri gəlmişkən, sosial şəbəkədə maraqlı bir statusa da rast gəldim. Ermənistan vətəndaşı bir qadın Qarabağdan köçkün düşmüş bir erməni ailəsinə yazığı gəlib yaşamaq üçün öz evində onlara müvəqqəti yer verir. Amma bu erməni ailəsi vaxtı gəldikdə yaşadığı bu evi tərk etmək istəmir və qonşuları onlara kömək olmaq üçün qışıqırıb köməyə çağırır. Bu tarixi ssenari Sizə tanış gəldimi?

Tərcüməni və statusun orjinalını nəticə çıxarmaları üçün oxucularımızın ixtiyarına verirəm.

«Əzizlərim, dünyada necə iyrənc məxluqlar var imiş. Deməli, bir ay əvvəl, müharibə zamanı Qarabağdan qaçan bir erməni ailəsini, yaşlı bir erməni qadınını qızı ilə birlikdə öz evimdə yerləşdirdim. İki həftə keçmiş bu qadının həyat yoldaşı daha iki qadın və bir qoca kişi ilə gəlib evimdə məskunlaşdı. Həmin an mənə elə gəldi ki, sanki evim onlar üçün bir mehmanxanaya çevrilib. Amma mən heç nə demirdim, düşünürdüm ki, tezliklə qayıdacaqlar. Bir müddət də keçdi və mən onlara eyham vurmağa başladım ki, artıq müharibə qurtarıb, getmək vaxtıdır. Buna cavab olaraq həmin qadın mənim ünvanıma tənqid və təhqirlər yağdırmağa, «türklər» kimi onları evindən qovmaqda ittiham etməyə başladı. Bu zaman məsələyə onun daim donuz kimi üfunət iyi verən əri də qoşuldu. Məni söyməyə, üstümə şığıyıb bağırmağa başladı, sanki ona nəyəsə görə borclu idim. Gördüm ki, onlar üçün tamamilə pulsuz ayırdığım mənzilimdən çıxmaq fikirləri yoxdur. Məcbur olub polis çağırdım. Polis gəldi və bu anormal ailə «siz bizi qorumalı idiniz, siz qorxaqsınız» sözləri ilə polisi də təhqir etməyə başladı. Bir saatdan sonra polis onları mənim mənzilimdən qovmağa nail oldu. Bu gündən mən artıq Qarabağ ermənilərinə nifrət edirəm. Qoy bizdən uzaq olub hara gedirlər getsinlər».