İntihar edən şəxs sevgilisi Roza Zərgərlinin qızı imiş

213

Xəbər verildiyi kimi, Bakı şəhərinin Nərimanov rayonunda 36 yaşlı şəxs özünü “AA” serialı maşının yanında “Kalaşnikov”la güllələyərək öldürüb. “MediaPost” sözügedən intihar hadisəsinin səbəbini araşdırıb. Araşdırmalar nəticəsində məlum olub ki, intihar edən şəxs Ramin Alməmməd oğlu Əliyev evli olduğu halda Roza Zərgərlinin qızı ilə gizli sevgi münasibəti yaşayırmış. Onun sevgilisinə — Rozanın qızı Bənövşəyə məşhur yaşayış komplekslərinin birindən ev aldığı da deyilir.

İddialara görə, intihar edən şəxsin sahib olduğu “Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisi Bənövşəyə verdiyi evi də alıb. Qonşuların verdiyi məlumata görə isə R.Əliyev intihar etdiyi binanın 12-ci mərtəbəsində məşuqəsi Bənövşə ilə birlikdə yaşamaq üçün ev tutub. Həyat yoldaşı və anasının onu Bənövşə ilə birlikdə həmin evdə tutmasından sonra həyətdə intihar etdiyi iddia edilir.