İqtisadiyyat haqqında maraqlı faktlar

25

Müasir iqtisadiyyat –çox ciddi bir elmdir. Amma çox az adam iqtisadiyyat haqqında ən sadə faktların çox məzəli üsulla kəşf olunması haqqında düşünür. Daha dəqiq isə…

Bu gün kredit kartları ilə heç kəsi təəccübləndirə bilməzsən. Amma bir zamanlar müştərilər və alıcılar yalnız nağdla ödənişlər etmək məcburiyyətində idi. İqtisadiyyat haqqında məzəli faktlar sırasına Frenk Maknamerin əhvalatı da daxil olmuşdur. Əfsanəyə əsasən bir gün Frenk bir restorana nahar etmək üçün daxil olur. Nahar etdikdən sonra o görür ki, pulqabısını evdə unudub.  Amma yeməyin pulunu mütləq ödəmək lazım idi, özü da nağd şəkildə. Bu hadisələr  20-ci əsrin əvvəllərində cərəyan edirdi və həmin zamanlar hələ universal kredit kartları kəşf olunmamışdı. Cənab Maknamer məcbur olur ki, evə xanımının dalınca kimisə göndərsin. Bu xoşagəlməz situasiyadan sonra, o, öz dostları ilə bilikdə “Diner’s Club” firmasını yaradır – bu, kreditləşmədə ilk vasitəçi-kompaniya olur.  Düzdür əvvəl-əvvəl insanlar belə bir yeniliyə çox şübhə ilə yanaşırdı, amma çox tezliklə inflyasiya başlayır və amerikanlar çox möhkəm şəkildə “ömürlük borca” otururlar. Tədricən bu ən-ənənə ABŞ-dan digər ölkələrə də yayılmağa başlayır.

Necə düşünürsünüz, hər məhsulun üzərinə ayrıca qiymət asmağı ilk dəfə kim düşünüb? 20-ci əsrə qədər bazar və dükanlarda belə bir qayda hökm sürürdü: satıcı özü müştərinin həmin məhsula görə nə qədər ödəyə biləcəyini gözə yarı qiymətləndirir və özü qiymət kəsirdi. Bu situasiyanı isə Frenk Vulvort dəyişir (nə yaxşı ki). O ərzaq dükanında öz sahibi üçün çalışırdı, bir gün isə o, öz sahibini qəzəbləndirir. Sahibi onu üzərinə qışqıraraq deyir ki, əgər o bir növbə ərzində günlük gəliri qazana bilməsə, onu işdən çıxaracaq. Oğlan özünü itirməyərək, bütün məhsullar üzərinə minimal qiymətlər göstərilən lövhəciklər asır, həmçinin “nə alsan 5 sentə” endirimli satışlar təşkil edir. Beləliklə o, 6 günlük gəlir əldə etməyə müyəssər olur. Özü işdən çıxaraq, bazarlıq etməyi və qiymət danışmağı sevməyənlər üçün öz dükanını açır. Lakin iqtisadiyyat haqqında maraqlı faktlar bu hekayə ilə yekunlaşmır.

Piar termini (PR, Public Relations, İctimaiyyətlə Əlaqələr) Edvard Berneyz sayəsində yaranmışdır. Ziqmund Freydin bacısı oğlu olmaq ilə yanaşı bu insan həm də PR klassiki, ictimai əlaqələrin yaradıcısı olmuşdur. Məsələn məhz onu reklam kompaniyası sayəsində qadınlar arasında da siqaret çəkmək dəbə mindi. Lucky Strike siqaretləri qadın azadlığının simvoluna çevrildi. Berneyz ilə bağlı iqtisadiyyata aid başqa maraqlı faktlar da mövcuddur. Məsələn, ondan İngiltərənin puritan küçə (əxlaqsız) qadınları ilə bağlı tamaşanın PR-ı ilə məşğul olmağı xahiş edəndə, o cinsi yolla keçən xəstəliklərə qarşı mübarizə aparmaq üçün xüsusi fond yaratdı. Bundan sonra isə, o insanların diqqətini həmin tamaşaya sanki bir örnək, ibrət vasitəsi kimi çəkə bildi. Yeri gəlmişkən yumurta və bekon əti ilə səhər yeməyi yemək adətini də məhz o, amerikalılar arasında məşhurlaşırdırdı.

Bu gün auksionlar, xüsusən də Sotbi və Kristi kimi “bədheybətlər”, incəsənət nümunələrinin, nadir sənətkarlıq incilərinin alqı-satqısı ilə assosiasiya olunur. Amma bir zamanlar auksionlar istənilən bir şeyi almaq üçün nəzərdə tutulan, kütləvi, ictimai açıq satışlar idi. Məsələn Stokholmda keçirilən köhnə auksionların birində Vladimir İliç Lenin özü üçün palto almışdır.

Maliyyə piramidası frazası ilə sizdə hansı assosiasiya yaranır, bu zaman ağlınıza nə gəlir?

Kifayət qədər təbiidir ki, post sovet məkanının sakinlərində bu sözü tük ürpədici təsir göstərir. Axı məşhur MMM bir zamanlar milyonlarla insanı müflis etmişdir. Bir də ki, bu ideya heç də yenilik deyildi. Onu Amerikaya köçmüş italiyalı Karlo Ponzi fikirləşib tapmışdır. Ilk maliyyə piramidasını o yaratmış, poçt kuponlarından istifadə edərək, bu yeni biznes növünü hər cürə reklam etməyə çalışmışdır.  Nəticədə bu fərasətli italyan 1 ilə 10 milyon dollar qazanmağa müvəffəq olmuşdur. Amma daha sonra onun yalanın üstü açılmış və o, uzun müddətə həbsə düşməli olmuşdur.

Maliyyə piramidasının nə olduğunu ruslar ilk dəfə 90-cı illərdə öyrəniblər. Amerikalılar isə rusları 100 il qabaqlayıblar (Bu sxemdən ABŞ-ın eks prezidenti Ullis Qrant 1884-cü ildə əziyyət çəkib). Bu illər ərzində isə “Ponçi-maliyyələşdirmə” (bu termin bəzən maliyyə piramidasının sinonimi kimi işlədilir) sxeminin mexanizmi demək olar ki, heç dəyişməyib: sistem yeni üzvlərdən pul alıb köhnə üzvlərin borcunu qaytarır. Sadəcə formalar dəyişib. Amma bütün maliyyə piramidalarını birləşdirən bir şey var- əvvəl-axır bu konstruksiya dağılacaq, özündən sonra sınmış talelər, girov qoyulmuş evlər və ödənilməsi mümkünsüz bank kreditləri qalacaq.

Sonda isə sizə iqtisadiyyat haqqında daha bir maraqlı fakt çatdırmaq istərdik.

Söhbət françayzinqin tarixindən gedir. Bir dəfə Rey Krok adlı ticarət agenti adi bir kafeyə daxil olur və orda ziyarətçilərin sayının çoxluğu onu mat qoyur. O, tamamı ilə eyni cür restoranın tikintisi üçün lisenziya hüququ almaq qərarına gəlir. Tapın görək onun firmasını adı nə idi? Düzdür. Mcdonald`s System Inc.