FED: Rəqəmsal dollarda tələsmirik

26

Amerika Mərkəzi Bankının (FED) sədri Jerom Povel bazar ertəsi Beynəlxalq Valyuta Fondunun (BVF) panel müzakirəsində çıxışı zamanı rəqəmsal mərkəzi bank valyutasının tədbiqində ABŞ üçün ilkin olmağın deyil, düzgün etməyin tərəfdarı olduğunu müdafiə edib. Bununla yanaşı, dolların qlobal önəmi nəzərə alınaraq, FED maliyyə siyasəti və elmi araşdırmada öndə qalmalıdır. 

FED-ə görə ehtiyatlı olmaq, ABŞ-da rəqəmsal valyuta istiqamətində atılan addımların sağlam olmasının məsuliyyətini daşımaq deməkdir. Amerikanın birinci bankı dünyada yerini dərk edərək, dolların dayanıqlılığını və dollar-ödəniş sisteminin təhlükəsizliyini təmin etməlidir. Beləliklə, risklər — xüsusilə də kiberhücumlar dəf edilən bilən səviyyədə olmalıdır. Digər tərəfdən bu növ valyutaların pul siyasətinə və maliyyə dayanıqlılığına təsirləri də yaxşı araşdırılmalıdır. 

Qeyd etmək lazımdır ki, Çin rəqəmsal valyutanın tətbiqində öndədir və 50000 vətəndaşı ilə artıq sınaqlara başlayıb. ABŞ kimi Avropa da tam hazır deyil. Lakin AMB elektron avronun tətbiqinə hazır olmalıdır. Bu istiqamətdə artıq müsbət və mənfi tərəflərini araşdıran hesabat da paylaşıb və oktyabrın 12-dən etibarən məsləhətləşmə prosesini başladıb. /investaz/