Xristianlaşmış qazax-qıpçak türkü — Mixail Kalaşnikov

21

Onun adını bilməsələr də, soyadını dünyada tanımayan yoxdur və hətta Afrikanın cəngəlliklərində yaşayanlar belə bir vaxtlar onun ən böyük kəşfi olan silahını həvəslə alır, onunla silahlanmağa üstünlük verirlər. Əslində o bu silahı kəşf edərkən qısa müddətdə dünyanın ən məşhur ixtiraçılarından birinə çevriləcəyini də bilmirdi. Ona işlədiyi hərbi zavod rəhbərliyi tərəfindən yuxarıdan gələn əmri çatdırmışdılar: Necə olur olsun, almanların avtomat silahlarından üstün olan silah yaradılsın və ordunun bu silahla təchiz edilməsinə başladılsın. Amma tapşırıq necə yerinə yetirilməli idi, bunu nə hərbi zavodun rəhbərliyi, nə də bu sadə insan bilmirdi. Amma o müəyyən təcrübəyə malk idi və qısa müddətdə ona dünya şöhrəti gətirəcək və özünün soyadı ilə adlandırılacaq Kalaşnikov avtomatını (AK) ixtira edərək onu zirvəyə aparacaq yolun əsasını qoydu. Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. Lakin yen avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq və insanlara ölüm gətirəcək Kalaşnikov soyadlı avtomat silah heç vaxt dillərdən düşməyəcək. Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Çünki adı ən yüksək səviyyəli məclislərdə çəkilir, onu tərifləyir, alqışlayırdılar. SSRİ-nin ən yüksək mükafatlarını almış, milyonarın sevimlisinə çevrilmişdi. Adi hesab etdiyi bu silahın kəşfi nəticəsində Lenin və Stalin mükafatı laueratı almış, üç dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, bir dəfə də Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülmüş, general-leytenant rütbəsinə qədər ucalmış, dissertasiya müdafiə edərək texniki elmlər doktoru olmuşdu. O sağlığında ikən iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən yeganə məşhur şəxsiyyət idi. Bir sözlə SSRİ-nin ən məşhur mükafatlarının sahibi olmuşdu və ona hər yerdə həsəd aparırdılar. Zarafat deyildi, bu qədər mükafata və fəxri adlara SSRİ-də barmaqla sayılacaq qədər adam görülmüşdü və onlardan biri də məhz o idi.

Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. Ömrünün son illərində insanlara ölüm gətirən belə bir silah kəşf etdiyi üçün vicdan əzabı çəkməyə başlamış və çıxış yolunu tövbə etməkdə görməyə başlamışdı. Amma artıq gec olduğunu da anlayırdı və keçmişi qaytarmağın mümkün olmadığını bilərək bundan üzülürdü. Ona görə də yaxınlarına əzablar içində qovrulduğunu: «Bu dünyada insanlara ölüm gətirən bir silahı ixtira edən ən günahkar insan kimi Allahın huzuruna gedəcəyimi düşünəndə məni dəhşət götürür. Mən bağışlanması mümkün olmayan bir iş görümüşəm»,-demişdi.

Ona görə də ömrünün son illərini tövbə etməklə keçirir və bununla təsəlli tapmağa çalışırdı. Bu məşhur insan bu gündə dünyanın ən məşhur avtomat silahlarından biri olan Kalaşnikov avtomatını ixtira edən və əslən türklərin ana yurdu olan Altaylarda dünyaya gələn və babaları zorla xristianlaşdırılan qazax-qıpçak türkü olan Mixail Kalaşnikov idi.

Altaydan başlanan yol

Mixail Timofeyeviç Kalaşnikov 1919-cu il noyabr ayının 19-da Altay quberniyasının ( indiki Altay Respublikası) Kurya kəndində çox uşaqlı kəndli ailəsində anadan olmuşdu. Onun atası ruslaşmış qıpçak türkü-kazak Timofey Kalaşnık ( Kalaş-küləş, kuleş-kalaş, qaloş-kalaş) əslən Xarkov quberniyasının ( indiki Sumsk vilayəti) Axtır ( Axtar) qəzasının Slavqorod kəndindən idi. O 1912-ci ildə ailəsi ilə birlilkdə Altaya köçmüşdü. Qeyd edək ki, Altayın Rusiya tərəfindən işğal edilməsindən sonra rus keşişləri buradakı yerli türkləri zorla xaç suyuna salaraq onların ad və soyadlarını dəyişdirirək ruslaşdırmışdılar. Amma bu hadisənin üstündən 150 ilə yaxın vaxt keçməsinə baxmayaraq burada yaşayan əhali türklərə xas olan adət-ənənələrini, şamanizm ruhunu və genetik sifət quruluşunu qoruyub saxlaya bilmişdi. Mixail ailədə 17-ci uşaq idi və digər qardaş — bacılarından qeyri-adi heç nəyi ilə seçilmirdi. Qeyd edək ki, Kalaşnikovlar ailəsində 19 uşaq anadan olmuş və onlardan yalnız 8-i həyatda sağ qalmışdı. Ailə öz əlinin zəhməti ilə dolanırdı və Mixailin atası olduqca zəmətkeş bir adam idi. Ona görə də qısa müddətdə təsərrüfatını genişləndirərək kənddə ən varlı adamlardan birinə çevrilmişdi. Bu isə sovet rejimini razı sala bilməzdi. Onlar kənddə əlinin zəhməti ilə varlnan adamları bolşevik rejimi üçün real təhlükə mənbəyi hesab edirdilər. Ona görə də 1930-cu ildə Mixailin atasını və onunla birlikdə ailəsini qolçomaq kimi Tomsk vilayətinin Aşağı Moxovaya( indiki Bakçar rayonunun Parbiq kəndi) qəsəbəsinə sürgün etdilər. Buradakı məkətbdə oxuduğu illərdə Mixail fizika, riyaziyyat, coğrafiya və ədəbiyyatla maraqlanırdı. Xüsusi ilə texnikaya maraq göstərir, onların işləmə mexanizmini öyrənməyə çalışırdı. Qəsəbədə 7-ci sinfi bitirəndən sonra Mixail ailəsinin icazəsi ilə doğma vətənə qayıtdı. Lakin burada işə düzələ bilmədi. Ona görə d valideynlərinin yanına qayıdaraq doğum haqqında yeni sənəd aldı. Bu sənəddə onun yaşı iki il çox göstərilmişdi. Bundan sonra yenidən Kurya kəndinə qayıdan Mixail burada ilk dəfə odlu silahla, Brauninqlə ( tapança) və onun işləmə prinsipləri yaxından tanış oldu. 1937-ci ildə isə doğma kəndini tərk edərək Türküstan Sibir dəmiryolunun Matay stansiyasında ( Qazaxıstan) işə düzəldi. Burada o boş vaxt tapan kimi texniki emalataxnaya gedir, qatarların işləmə mexanizmini öyrənirdi.

Orduda ilk kəşfi

1938-ci ildə onu hərbi xidmətə çağıraraq Qırmızı ordunun Kiyev Xüsusi Hərbi dairəsinə göndərirlər. Burada Mixail tank sürücü-mexaniki peşəsinə yiyələnərək 12-ci tank diviziyasında xidmət etməyə başlayır. Texnikaya olan həvəsi onu istifadə etdiyi silahı bir daha nəzərdən keçirməyə məcbur edir və bu əsasda da «TT» tapançasına onun atma effektini yaxşılaşdıran dəyişikliklər edir. Eyni zamanda o, tankdan atılan atəşləri hesablayan hesablayan və motor ehtiyatlarını qeydə alan cihazları hazırlayır. Bu cihazların istehsalı məqsədəuyğun hesab edilir. Gənc ixtlraçı tankçı barədə məlumatı eşidən Kiyev Xüsusi Hərbi Dairəsinin komandanı ordu generalı Georgi Jukov Mixaili yanına çağıraraq onunla şəxsən tanış olur və biliyini təkmilləşidrmək üçün gənc hərbi ixtiraçını Kiyev Texniki Tank Məktəbinə göndərir. O, özünün bu kəşflərini burada uğurla sınaqdan çıxarır. Mixailin yeni silahının istehsalı isə Voroşilov adına Leninqrad hərbi zavoduna tapşırılır. Bundan sonra onu yenidən xidmət etdiyi hərbi hissəyə göndərirlər. Almaniya SSRİ-yə hücum edərkən kiçik serjant rütbəsi ilə tank komandiri kimi Bryanskda xidmət edirdi. 1941-ci ilin avqust ayında Mixail almanlarla döyüşdə ağır yaralanır və onu müalicə üçün hərbi hospitala göndərirlər. Hərbi hospitalda müalicə olunduğu vaxt mükəmməl avtomat silah yaratmaq fikirnə düşür və bu məqsədlə də yeni silahın layihəsini hazırlayır. Müalicə olunduqdan sonra hərbi xidmətə uzun müddət yararlı ola bilməyəcəyini nəzərə alaraq ona 6 aylıq məzuniyyət verirlər. Mataya- keçmiş iş yerinə qayıdan Mixail dəmiryolu emalatxanasındakı dostlarının yardımı ilə pistolet-tapança-pulemyot hazırlayır və onu sınaqdan çıxarır. Onun bu ixtirası ilə yaxından maraqlanaraq bəzi çatışmazlıqlarını aradan qaldırırlar. sonra isə Alma-Atada «PP- «Kalaşnikov» adı altında ilk nümunələrinin istehsalını təşkil edirlər. Yeni silah Baş Artilleriya İdarəsi tərəfindən bəyənilsə də onun kütləvi istehsalı məqsədəuyğun hesab edilmir. Buna səbəb kimi onun istehsalının çox vaxt aparması və daha mürəkkəb sistemə malik olması ilə izah edilir. Halbuki pistolet( tapança) pulemyot yüksək atəş qabiliyyətinə malik idi.

Buna baxmayaraq Mixail Kalaşnikov ruhdan düşmür və axtarışlarını davam etdirir. 1942-ci ildə Kalaşnikovu Atıcı silahların hazırlanması üzrə Elmi-Tədqiqat Mərkəzinə işləməyə göndərirlər. 1944-cü ildə Mixail Kalaşnikov avtomatik atəş açma sisteminə malik olan karabin hazırlayır. Amma onun bu kəşfinə də soyuq yanaşılır. Ona görə də Kalaşnikov bütün qüvvəsini yeni avtomat silahın hazırlanmasına yönəldir. Onun hazırladığı avtomatın layihəsi və onun əsasında hazırlanan ilk nümunələr yeni avtomat silahın hazırlanması üzrə keçirilən müsabiqədə birinci yeri tutur. Avtomatın dərhal kütləvi şəkildə istehsalı barədə qərar qəbul edilir. Bu məqsədlə Mixail Kalaşnikovu Baş Artilleriya marşalı N. N. Voronovun əmri ilə İjevsk motozavoduna ezam edirlər. O burada yeni silahın istehsalında yaxından iştirak edir. 1949-cu ilin may ayının 20-də 1500 ədəd «AK» ( Avtomat Kalaşnikov- Kalaşnikov avtomatı) istehsal edilir. Yeni avtomat uğurla sınaqdan çıxarılır və Stalinin birbaşa əmri ilə onun kütləvi istehsalına başlanır. Yeni silahın kəşfi Kalaşnikova böyük şöhrət gətirir. O, Stalin mükafatına layiq görülərək “Qızıl Ulduz” ordeni ilə təltif edilir.

Üstündən illər ötəndən sonra, 2009-cu ildə Kalaşnikov «Metro Moskva» qəzetinə verdiyi müsahibəsində hazırladığı avtomat haqqında belə demişdi: «Mən əsgər olmuşam və əsgərin silahdan istifadə edərkən hansı çətinlikləri keçirdiyinə yaxşı bələd idim. Ona görə də elə silah istehsal etməli idim ki, onu istənilən şəraitdə işlətmək asan olsun. Ona görə də suda, bataqlıqda, ən pis hava şəraitində belə işləyə bilən avtomat hazırladım. Bununla da on minlərlə əsgərin işini yüngülləşdirmiş oldum».

Onu da deyək ki, Atıcı Silahlar üzrə Elmi Tədqiqat Mərkəzində işləyərkən Mixail özünün gələcək həyat yoldaşı, layihə işləri üzrə mütəxəssis Yekaterina Moiseyeva ilə tanış oldu və onlar ailə həyatı qurdular. Bu onun həyatında ikinci evlilik idi. Belə ki, Mixail birinci dəfə hələ Matay dəmiryolu stansiyasında işləyərkən Yekaterina Danilovna Astaxova ilə evlənmişdi. Astaxovadan onun Viktor adlı oğlu olub. Viktorun isə Mixail və Aleksandr adlı iki oğlu var. Kalaşnikovun ikinci evliliyindən bir qızı və bir nəvəsi var.

«AK» təkmilləşdirilir

Mixail Kalaşnikov sonrakı illərdə bu avtomatı təkmilləşdirməkdə davam etdi.

Nəticədə ötən əsrin 50-ci illərinin «AK» avtomatının çəkisi azaldı və onu gəzdirmək daha rahat oldu. Eyni zamanda Kalaşnikov avtomata gecə hədəfi asanlıqla müəyyən etməyə imkan verən gecəgörmə cihazı birləşdirdi. Bunun ardınca da o bu silahı təkmilləşdirməkdə, hər dəfə ona yeni elementlər əlavə etməkdə davam edirdi. Bu da öz növbəsində AK-nin müxtəlif modellərinin, o cümlədən «AKM», «AKMS», «AKMSU», «AKMN», «AKMSN»-lərin seriya ilə istehsalına imkan verdi. Ölümündən əvvəl isə məşhur ixtiraçı «AK-12» modelini hazırladı. Bu model avtomat silahlar nə müasir silahlar hesab edilirlər. Onlardan istifadə etmək olduqca asandır və eyni zamanda o, avtomatik səsboğucu ilə təchiz olunub. Bu da gizli əməliyyatları olduqca yüksək səviyyədə həyata keçirməyə imkan verir. Burada bir məsələni də qeyd etməyə bilmirik. Kalaşnikovun hazırladığı avbtomatlarda ağırlıq mərkəzi dəyişən, yəni canlıya dəydikdə bədəni boyu hərəkət edən güllələrdən istifadə edilir. Bu isə hədəfin harasından yaralanmasından asılı olmayaraq onun ölümdən qaça bilməməsi deməkdir. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc əhaliyə məhz bu güllələrlə atəş açmış və bu da əhali arasında böyük tələfata gətirib çıxarmışdı.

Kalaşnikov yalnız «AK»-ları təkmilləşdirməklə məşğul olmamış, eyni zamanda yeni növ pulemyotlar hazırnmasına da öz töhfəsini vermişdi. 1955-1957-ci illərdə o «Kalaşnikov əl pulemyotunu» («RPK») hazırladı. Bu pulemyot da gecəgörmə cihazı ilə təchiz edilmişdi. Sonra o, bu pulemyotun təkmilləşdirilmiş modellərini hazırladı və onların seriya istehsalına başlanıldı. Kalaşnikov öz avtomatının tank variantını da, Kalaşnikov pulemyotunu ( «PK»,»PKS» , «PKM», «PKMS» , «PKT», «PKMT) hazırladı. Bu silahdan tankda asanlıqla istifadə etmək və düşmənə daha çox itki vermək mümkün olurdu. Kalaşnikov həmçinin zirehli maşınlarda olduqca yüksək səviyyədə istifadə edilən PKB( 7,62mm) hazırladı. Bu pulemyotlar indinin özündə belə yüksək atıcılıq və hədəfləri dəqiqliklə məhv etmək baxımından ən əvəzsiz silahlar hesab edilir.

Kalaşnikov snayper silahlarının hazırlanmasına da öz töhfəsini verib. O, həmçinin ov tüfənglərinin hazırlanması ilə də məşğul olub. İxtiraçı Kalaşnikov avtomatlarının iş mexanizmi əsasında avtomatik atəş açma qabiliyyətinə malik olan karabinlər hazırlayıb. 1992-ci ildə Kalaşnikovun layihəsi əsasında optik nişangahla ( 7,62mm) təchiz edilən «Sayqa» ov avtomat-karabinini hazırladı. Sonrakı illəqrdə isə bu silahın daha təkmilləşdirlmiş modelləri olan «Sayqa 5,6», «Sayqa 5,6 S» avtomat karabinlərinin seriya istehsalı qaydaya salındı. Avtomat silahların yeni modellərinin hazırlanması üzərində işləməsi səhhətində ağır izlər buraxdı. Belə ki, Kalaşnikov yeni silahların sınaqdan çıxarılması zamanı kar oldu və ən müasir üsullarla belə onu müalicə etmək mümkün olmadı. 1971-ci ildə elmi tədqiqatlarına və ixtiralarına görə Kalaşnikova texniki elmlər doktoru elmi dərəcəsi verdilər. O hələ sağ ikən dünyanın 16 akademiyasının akademiki fəxri adına layiq görülmüşdü. Bu da təsadüfi deyildi. Kalaşnikov beynəlxalq aləmdə tanınan 35 ixtiranın müəllifi idi. Kalaşnikovun «AK» ( Kalaşnikov avtomatı) avtomatv silahı ilə Rusiyanı bütün dünayaya tanıtdığına diqqəti cəlb edən Nikas Safonov 2011-ci ildə «Novıy vzqlyad» həftəliyində yazırdı: » Dünyada Rusiyanı rus arağına, “Matryoşka” kuklalarına, ikra və Kalaşnikov avtomatına görə tanıyırlar».

Safonov haqlı idi. Belə ki, bəzi Afrika ölklərində, o cümlədən Mozambik, Həbəşistan, və Somalidə əhali oğlan uşaqlarını Kalaşnikov avtomatının adı ilə Kalaş adlandırırlar. Guya bu ad magik qüvvəyə malikdir. Bundan əlavə Mozambikin, Zimbabvenin Şərqi Timorun gerbində, həmçinin Mozambikin dövlət bayrağında Kalaşnikov avtomatı əks edilib.

Kalaşnikov bu qədər ixtiraların müəllifi olmasına baxmayaraq kasıb yaşayıb. Belə ki, o, lifti olmayan binanın üçüncü mərtəbəsində ətrafındakı adı adamlar kimi yaşayırdı. Halbuki xaricdə yaşasaydı yalnız bu avtomatı kəşf etdiyinə görə, milyonlar sahibi olar, dünann nə varlı adamlarından birinə çevrilərdi. O isə ona ümumdünya şöhrəti gətirən 35 ixiranın müəllifi idi. Bir dəfə Kalaşnikova əməyinin yaxşı qiymətləndirilmədiyini xatırladaraq kasıb yaşamasından peşman olub-olmamasını soruşmuşdular. Kalaşnikov isə onlara cavabında: “Hər şeyi pulla ölçmək düz deyil. Mənə deyəndə ki, sizin hazrladığınız silah məni ölümdən xilas etdi, kifayə edir. Bu sözləri əməyimə verilən ən böyük qiymət hesab edrəm . Milyonlar mənim nəyimə lazımdır? Mən elə-belə də yaxşı yaşayıram»,-demişdi. Halbuki o heç də yaxşı yaşamırdı və qoca vaxtı üçüncü mərtəbəyə zorla çıxıb düşürdü. Belə bir həyat sonda onun sağlamlığında ağır izlər buraxmağa başladı. 2012-ci ildə onun səhhəti pisləşdi və bir müddət xəstəxanada müalicə olundu. 2013-cü ilin yayında yenidən ağır xəstələnən Kalaşnikovu xüsusi təyyarə ilə Moskvaya gətirdilər və ağciyər arteriyasının tutulmasından müalicə etdilər. Müalicə başa çatdıqdan sonra sentyabr ayında Kalaşnikovu yaşadığı İjevsk şəhərinə evinə göndərdilər. Amma həmin ilin noyabr ayında ixtiraçının səhhəti yenidən pisləşdi. Bu dəfə Kalaşnikovu Udmurtiya Klinik Diaqnostika Mərkəzində müalicə etdilər. Həkimlər onun ağciyərində əməliyyat keçirdilər. Amma Kalaşnikovun vəziyyəti ağır olaraq qalmaqda davam edirdi. Artıq sağalmaqdan əlini üzən Kalaşnikov yataqda ikə yeni silahı kəşf etməklə nə qədər böyük günah işlətdiyini başa düşdü. O tövbə etmək fikrinə düşərək Moskva və bütün Rusiya patriarxı Kirillə məktubla müraciət etdi. Məktubda o həyatını vətənin müdafiə qabiliyyətinin artırılmasına həsr etdiyini və bu müstəvidə də dünada tayı-bərabəri olmayan silah yaratdığını, bir vaxt buna görə fəxr etdiyini, ancaq indi peşman olduğunu xüsusi vurğulayırdı. Kalaşnikov patriarxa məktubunda bu ifadələri işlətmişdi: » Ürəyimdə dözülməz bir ağrı var və icdanm məni rahat buraxmır. Məni bu sual daim narahat edir. Mən, 93 yaşlı kəndçi oğlu, xristian dininin pravoslav məzhəbinə qulluq edən Kalaşnikov ixtira etdiyim silahla düşmən də olsa belə insanların ölümünə səbəb olmuşam. Bu fikir məni rahat buraxmır və mən Allah qarşısında ixtira etdiyim silahla şeytan günahı işlətdiyimə görə peşmanam.» Kalaşnikov məktubunda silah ixtiralarına görə tövbə edir və bu işə görə patriarxın xeyir-dua etməsni günahlarının bağışlanması üçün Allahdan dua etməsini xahiş edirdi.

Patriarxa yazdığı tövbə məktubundan 15-20 gün sonra, 2013-cü il dekabr ayının 23-də Kalaşnikov vəfat etdi. O rəsmi şəkildə, ən yüksək səviyyədə dəfn edildi. İxtiraçının dəfnində Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla ölkəni idarə edən bütün yüksək səviyyəli dövlət rəsmiləri də iştirak etdilər. 2013-cü il dekabr ayının 26-27-si Udmurtiyada ümumilli matəm günü elan edildi. Beləliklə əcdadları zorla xristianlaşdırılmış qazax-qıpçak türkü olan məşhur ixtiraçı Kalaşnikov yaratdığı avtomatla şeytan əməlinə uymasından peşman şəkildə əzablar içində qıvrıla-qıvrıla haqqın dərgahına qovuşsa da, özündən sonra silah istehsalı sahəsində hərb tarixində şərəfli bir iz buraxmış oldu.

Əziz Mustafa