Kola yarımadasında qazılan ən dərin quyuda nələr baş vermişdi?

25

Son yarım əsrdə elm və texnikanın sürətlə inkişaf etməsi bəşər oğluna kosmosun dərinliklərinə nüfuz etməyə və orada baş verən və hələlik bizim üçün sirr hesab edilən bir sıra hadisələri tədqiq etməyə imkan verməkdədir. Lakin bütün diqqətini kosmosun öyrənilməsinə yönəldən insan oğlu nə üçünsə üzərində yaşadığı Yer kürəsinin sirrini öyrənməyi belə demək mümkünsə günümüzdə belə ikinci dərəcəli vəzifə olaraq qəbul etməkdə davam edir. Bununla belə müxtəlif vaxtlarda istər ABŞ, istərsə də keçmiş SSRİ-də Yerin alt qatlarının öyrənilməsi üçün müxtəlif cəhdlərə baş vurulub. Belə cəhdlərdən biri də ötən əsrin 60-ci illərinin ortaları, 80-cı illərinin əvvəllərində keçmiş SSRİ, ABŞ və Almaniyada edildi.

Bunun da səbəbləri vardı. Belə ki, XX əsrin əvvəllərindən başlayaraq alimlər belə hesab edirdilər ki, Yer qatı yer qabığından, mantiya və nüvədən ibarətdir. Amma alimlər bu qatların nədən ibarət olduğunu tam şəkildə bilmirdilər. Hələ 50 il bundan əvvəl alimlər belə hesab edirdilər ki, qranit təbəqəsi Yerin 50 metr dərinliyindən başlayır və 3 kilometr dərinliyə qədər uzanır. Bunun ardınca isə bazalt təbəqəsinin başladığı ehtimal edilirdi. Alimlər manti qatına Yerin 15-18 kilometrliyində rast gəlindiyini bildirirdilər. Halbuki bu, elmi cəhətdən sübut edilməmişdi. Buna baxmayaraq orta məktəb dərsliklərində Yerin üç təbəqədən ibarət olduğu yazılır və şagirdlərə də məhz bunlar təlqin edilir. Həqiqətdə isə məsələ alimlərin düşündükləri və ya ehtimal etdikləri kimi deyildi. Bunu Kola yarımadasında qazılan ən dərin quyuda baş verən müəmmalı hadisələr də sübut edir.

Uğursuzluq və ya gözlənilməz qəza

Yerin dərin qatlarına səyahət ideyası ötən əsrin 60-cı illərində, kosmosun fəthi uğrunda SSRİ ilə ABŞ arasında qızğın mübarizənin getdiyi bir vaxtda ortaya atıldı. Bu məqsədlə də Yerin dərin qatlarının öyrənilməsi üçün quyular qazılması qərara alındı. Ancaq bu quyular harada qazılmalı idi? Almlər uzun müddət bu suala cavab tapa bilmədilər. Ona görə də SSRİ və ABŞ-da bu məqsədlə müxtəlif variantları sınaqdan keçirməyi qərara aldılar. Məsələn ABŞ-da belə hesab edirdilər ki, quyu Yer qabığının ən nazik yerində qazılmalıdır. Bu məqsədlə də ABŞ-dan olan alimlər Yer qabığının ən nazik olduğu yer kimi Havay adalarını seçdilər. Beləliklə, ABŞ Yerin dərinliklərinin öyrənilməsinə xidmət edən quyunu Havaydakı Maui adasında qazmağa başladı. Belə ki, ABŞ alimləri seysmik araşdırmalar nəticəsində müəyyən etmişdilər ki, Maui adasında dənizin dibində manti qatı 5 kilometr dərinlikdə yerləşir. Amma hadisələrin gedişi göstərdi ki, amerikalı alimlər bu yeri seçməklə nədə isə yanılıblar. Belə ki, Maui adası sahillərində qazılan quyular, belə demək mümkünsə gözlənilməz hadisənin qurbaına çevrildilər. Ən müasir texniki

yeniliklərdən istifadə etməklə qazılan quyular 3 kilometr dərinlikdə ilişib qalırdılar. Belə ki, yerin dərin qatlarında baş verən qəribə proseslər nəticəsində qazma qurğusu sıradan çıxırdı. Sanki hansısa qüvvə qazma qurğusunu məhv etməklə məşğul idi. Buna baxmayaraq ABŞ bir necə dəfə eyni quyuya yeni qazma qurğusu endirdi. Ancaq bu qurğular da 3 kilometr dərinlikdə sıradan çıxdı. Yalnız bundan sonra ABŞ kəşfiyyat-sınaq işlərini dayandırmağa məcbur oldu. Həmin dövrdə Yerin dərin qatlarını öyrənmək məqsədi ilə qazılan 5 quyudan 4-ü 3 kilometr dərinlikdə sıradan çıxdı. Yalnız Kola yarımadasındakı quyunu 12 kilometr 262 metr dərinliyə qədər qazmaq mümkün oldu.

Baltika qalxanı

Keçmiş SSRİ-də Yerin dərin qatlarının öyrənilməsinə xidmət edən quyunu su altında- Xəzər dənizində və ya Baykal gölündə qazmağı planlaşdırmışdılar. Amma buna qarşı çıxanlar və quyunu digər yerlərdə qazmağın daha doğru olacağını sübut etməyə çalışanlar da oldu. Onlardan biri də məşhur qazmaçı alim Nikolay Timofeyev idi. O, belə hesab edirdi ki, ən yaxşı halda yeni dərinlik quyusunu quruda qazmaq lazımdur. O, bunun vacibliyinə SSRİ Dövlət Elm və Texnika Komitəsini inandıra bildi. Timofeyev bu quyunu Amerika alimləri kimi Yerin ən nazik qatında deyil, əksinə ən qalın qatında qazmağı tövsiyə etdi. O bildirdi ki, Yerin ən qalın qatında qazılacaq quyu həm də bu yerin tarixi keçmişinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olacaq. Yeni kəşfiyyat quyusunun qazılması üçün yer kimi isə Kola yarımadasını seçdilər. Kola yarımadasının əmələ gəlməsi 3 milyard illik bir dövrü əhatə edirdi və burada çoxsaylı qədim plitə-təbəqələr-plastlar yerləşirdi. Digər tərəfdən də yeni kəşfiyyat-qazma qurğusunun qazılması üçün yer kimi Kola yarımadasının seçilməsi də təsadüfi deyildi. Burada qədimlərdə Hiperboreya adlı sivilizasiya mövcud olmuşdu və keçmiş SSRİ-də bu sivilizasiyanı öyrənmək üçün çoxsaylı cəhdlərə baş vurmuşdılar. Lakin bu cəhdlər uğurla nəticələnməmişdi. Ona görə SSRİ alimləri Kola yarımadasında qazılacaq yeni kəşfiyyat-qazma işləri zamanı bu sivilizasiyanın sirrini öyrənəcəklərinə ümid edirdilər. Yeni quyu ilə bağlı əldə edilən məlumatların dərhal SSRİ Elm və Texnika Komitəsinə ötürülməsi və onun nəticələri barədə ölkə rəhbərliyinə məlumat verilməsi qərara alınmışdı. Eyni zamanda SSRİ rəhbərliyi bu quyunun qazılmasını xüsusi nəzarət altında saxlayır və hər gün işin gedişi ilə maraqlanırdılar. Bu baxımdan Kola yarımadasında qazılacaq kəşfiyyat-qazma quyusunu o dövrdə Qaqarinin kosmosa göndərilməsi ilə müqaysə etmək olardı.

Qeyd edək ki, quyunun qazılması ilə bağlı SSRİ böyük həcmdə maliyyə vəsaiti ayırmışdı. Bu prosesdə iştirak edən kadrları olduqca diqqətlə seçir və onları hərtərəfli yoxlayırdılar.

Hətta yeni kəşfiyyat-qazma qurğusunun qazılması məqsədi ilə seçilən kadrlarla bağlı proses kosmonavtların hazırlanması və seçilməsindən daha çətin şəkildə həyata keçirilirdi. Ona görə də o vaxt deyirdilər ki, yeni kəşfiyyat- qazma qurğusunda işə girmək kosmonavt olmaqdan qat-qat çətindir. Həmin dövrdə kəşfiyyat- qazma qurğusu ilə əlaqədar yaradılan elmi tədqiqat laboratoriyasındakı vakant bir yerə 150-200 ərizə verirdilər. Onlardan yalnız bir və ya ikisini seçərək işə götürürdülər. İşə qəbul edilən xoşbəxtləri dərhal mənzillə və ən yüksək maaşla təmin edirdilər. Kəşfiyyat-qazma işlərinə eyni zamanda 16 elmi tədqiqat laboratoriyası cəlb edilmişdi. Onların hər biri orta səviyyəli zavodla müqayisə edilə bilərdi. Yeni quyunun qazılması və onun tədqiq olduqca gizli şəraitdə həyata keçirilidi. Belə ki, yeni kəşfiyyat- qazma qurğusuna asanlıqla yol tapmaq mümkün deyildi. Onun mühafizəsi həm qurudan, həm də havadan ən yüksək səviyyədə təmin edilmişdi.
Kola yarımadasında qazılan dərinlik quyusu əslində çoxlarının düşündüyü kimi böyük diametrli boru-qazma qurğusu vasitəsi ilə qazılmırdı. Bu quyu 20 santimetr diametri olan və xüsusi poladdan hazırlanmış qazma qurğusu vasitəsi ilə qazılırdı. Qazma qurğusunun üc hissəsindəki almaz iynələrə xüsusi ötürücülər birləşdirilmişdi. Ötürücülər quyunun dərinlikləri barədə məlumatı yuxarıya ötürürdülər. Eyni zamanda bu ötürücülər xüsusi tros vasitəsi ilə vaxtaşırı Yer səthinə qaldırılır və alınan məlumatların doğruluğu, onların işlək vəziyyətdə olub-olmaması yoxlanılırdı. Qazma qurğusu yerin dərinliklərinə endikcə ötürücülər dərinlikdə baş verən prosesləri, təzyiqi, temperaturu xüsusi mərkəzə ötürürdülər. Amma qazma qurğusunun işi heç də asan getmirdi. Tez-tez qəza baş verir və qazma qurğusu sıradan çıxırdı. Halbuki onlar ən müasir texnoloji yeniliklər əsasında hazırlanmışdı və maksimal temperatura və təzyiqə davamlı idi. Adi halda bu qazma qurğuları adətən uzun müddət işləyirdi və qəzalar da nadir hallarda baş verirdi. Amma indi sanki hansısa görünməz qüvvə qazma qurğusunun işinə mane olmaq istəyirdi. Çox qəribə idi: İki dəfə qazma qurğusu əriyərək sıradan çıxmışdı. Halbuki qazma qurğusunun əridiyi dərinlikdə o qədər də yüksək temperatur olmamalı idi.

Növbəti belə qəzalardan birində isə qazma qurğusunun ətrafına birləşdirilən və ötürücülərin yuxarıya qaldırılaraq yoxlanılmasına xidmət edən tros qırılmışdı. Sanki trosu və ötürücüləri xüsusi alətlə kəsib götürmüşdülər. Qazma qurğusunu yenidən quyuya endirərkən onun hərəkət trayektoriyası boyunca tros və ötürücülər axtarıldı. Ancaq nə trosun, nə də ötürüclərin izinə rast gəlmək mümkün olmadı. Halbuki adi vəziyyətdə onların qalıqlarına hökmən rast gəlinirdi. Məsələni araşdıran alimlər təkrar-təkrar qazma qurğusuna əlavə tros birləşdirərək quyuboyu ətrafı yoxladılar. Ancaq yenə də qazma qurğusuna birləşdirilən ötürücü cihazlara və trosun qalıqlarına rast gəlmək mümkün olmadı. Alimlər çaş- baş qalmışdılar və bu sirri açmaqda çətinlik çəkirdilər. Həmin vaxt tanınmış qazmaçı alimlərdən biri: » Bu heç də xoş əlamət deyil, görərsiniz qazma işini sona kimi başa çatdıra bilməyəcəyik, hökmən nə isə xoşagələmz hadisə baş verəcək»,-demişdi.

Qazma işləri isə ağır-ağır da olsa davam edirdi. Hər dəfə qəzadan sonra qazma qurğusunu işə salmaq üçün xeyli vaxt tələb olunurdu. «Kola Yüksək dərinlik» Elmi- İstehsalat Mərkəzinin direktoru David Quberman deyirdi ki, qazdığımız hər metr elmi baxımdan yeni kəşf hesab edilə bilərdi. Onun sözlərinə görə, qazma qurğusu dərinliklərə endikcə alimlərin yerin qatları barədə əvvəllər mövcud olan baxışlarının dəyişməsinə gətirib çıxarırdı. David Quberman : «4 kilometr dərinliyə kimi bizim nəzəri cəhətdən Yerin qatları barədə bildiklərimizlə əldə etdiyimiz son məlumatlar üst-üstə düşürdü. Amma qazma qurğusu 4 kilometrdən sonra bizə məlum olmayan proseslərlə üzləşdi. 5 kilometrlikdə artıq hiss etdik ki, bu günə kimi yerin dərin qatları barədə təsəvvürlərimiz və biliklərimiz özümüzü aldatmaqdan başqa bir şey olmayıb. Bizə Yerin dərin qatlarından ötürülən məlumatlar hamımızı çaşbaş salmışdı. Biz bütün bunların elmi izahını verməkdə çətinlik çəkirdik»,- deyir.

İş orasındadır ki, Yerin dərin qatları barədə müxtəlif elmi ehtimallar irəli sürən və bunu az qala həqiqət kimi qələmə verməyə çalışan nəzəriyyəçi yerşünas alimlər belə hesab edirdilər ki, Baltik dənizi qalxanında yerin 15 kilometr dərinliyinə kimi temperatur ən aşağı həddədir. Bu nəzəriyyədən çıxış edəndə 15 kilometr dərinliyə kimi temperatur o qədər də yüksək olmamalı idi. Yerin 20 kilometr dərinliyinə- manti qatına kimi isə qazmaq nəzəri cəhətdən mümkün idi. Amma 5 kilometr dərinlikdə temperatur elmi ehtimalları alt-üst edərək 700 dərəcəni ötmüşdü. 7 kilometr dərinlikdə isə temperatur 1200 dərəcəni göstərməyə başladı. Qazma qurğusu dərinliyə endikcə temperatur daha da artırdı. Məsələn, 12 kilometr dərinlikdə temperatur 2200 dərəcə idi. Bu da alimlərin nəzəri cəhətdən irəli sürdükləri ehtimaldan 1000 dərəcə çox demək idi. 12 min 262 metr dərinlikdə isə alimlərin yerin alt qaztları barədə dediklərinin tamamilə yalan olduğu üzə çıxdı. Məlum oldu ki, yerin dərin qatları tamamilə başqa müstəvi üzərində qurulub və onu elmi cəhətdən izah etmək heç də asan iş deyil.

Halbuki yuxarıda da qeyd etdiyimiz kimi alimlər Yerin qatlarının üst qatdan, qranitdən, bazaltdan, manti və nüvədən ibarət olduğunu iddia edirdilər. Qazma zamanı qranitə 3 kilometrdən sonra rast gəlindi. Bundan sonra qranit təbəqəsini bazalt qatı əvəz etməli idi. Ancaq qazma zamanı ümumiyyətlə bazalt qatına rast gəlinmədi. Bu isə almlərin Yerin alt qatları barədə dediklərinin həqiqətə uyğun gəlmədiyini göstərdi. Kola yarımadasında aparılan qazma işləri zamanı alimləri daha bir senssasiya hesab ediləcək sürpriz gözləyirdi. Qazma zamanı məlum oldu ki, Yer üzərində həyat ehtimal edildiyindən də1,5 milyon il əvvəl yaranıb. Belə ki, Yerin dərin qatlarında 2,8 milyard il bundan əvvələ aid edilən 14 növ daşlaşmış mikrorqanzim aşkar edildi. Bu da Yerin alt qatlarındakı təbii sərvətlərin əmələ gəlməsi barədəki elmi təsəvvürlərin yanlış olduğunu sübut etmiş oldu. Digər bir gözlənilməz tapıntı isə yerin dərin qatlarında metanın böyük həcmdə toplanmasının aşkara çıxarılması idi. Bu da kömür, neft və qazın əmələ gəlməsi barədəki mövcud bioloji təsəvvürləri alt-üst etdi.

Sensassiyalı tapıntı və ya 3 kilometr dərinlkdə Ay qruntu

Kola yarımadasında aparılan kəşfiyyat- qazma işləri daha bir sensasiyaya səbəb oldu. Belə ki, 3 kilometr dərinlikdən əldə edilən qrunt nümunəsi Aydakına bənzəyirdi. Bunun doğru olub-olmadığını müəyyən etmək üçün 70-ci illərdə SSRİ kosmik aparatlarının Aydan gətirdiyi 124 qramlıq qrunt nümunəsi müqayisəli şəkildə yoxlanıldı. Məlum oldu ki, Yerin 3 kilometr dərinliyindən əldə edilən qrunt nümunəsi ilə Aydan gətirilən qrunt eynidir. Dərhal alimlər iddia etdilər ki, vaxtı ilə Qalaktikada baş verən sirli proseslər nəticəsində Ay məhz Kola yarımadasından ayrılıb. Amma hələlik bu da sübut edilməmiş elmi ehtimal olaraq qalır. Çünki bir vaxtlar Ayın Kola yarımadasının bir hissəsi olması və onun hansı səbəblər üzündən oradan qoparaq Qalaktikada öz yerini tutmasını, elmi baxımdan izah etmək hələ ki, mümkün deyil.

Gözlənilməz qəza və ya uğursuz sonluq

Kola yarımadasında kəşfiyyat-qazma işləri çətin də olsa davam edirdi. Kəşfiyyat-qazma işlərinə başlandığı 1965-cü ildən 1995-ci ilə kimi 12 kilometrdən artıq qazma işləri həyata keçirilmişdi. Qazmaçılar 16 kilometr dərinliyə çatacaqlarıan əmin idilər. Ancaq gözlənilmədən 1995-ci ilin aprel ayında qazma qurğusuna bərkidilmiş ötürücü cihazlar Yerin altından qəribə siqnallar göndərməyə başladılar. Bu siqnallar qazmaçıları dəhşətə salmışdı. Belə ki, Yer altından insan iniltilərini xatırladan səslər gəlirdi, sanki kimlərə isə dözülməz işgəngələr verirdilər. Bu iniltiləri eşidən qazmaçılar özlərini itirərək psixoloji gərginlik keçirməyə başladılar. Qazmaçılar eşitdiklərindən özlərinə gəlməmiş quyuda dəhşətli qəza baş verdi və bir andaca qazma qurğusu sıradan çıxdı. Baş verənlər barədə isə dünya mətbuatında müxtəlif informasiyalar yayılmağa başladı. Quya qazma qurğusu Yer altında bizə məlum olmayan hansısa qəribə bir aləmlə qarşılaşıb və onlar da qurğunu sıradan çıxarıblar. Xatırladaq ki, analoji hadisəyə bənzər hadisə ilə Havaydakı Maui adasında kəşfiyyat-qazma işləri aparan ABŞ-lı qazmaçılar da qarşılaşmışdılar. Onlar arasında fərq sadəcə olaraq qazma quyusunun dərinliyində idi. Əgər ABŞ-dan olan qazmaçıların qazma qurğusu 3 kilometr dərinlikdə sıradan çıxmışdısa, Kola yarımadasındakı qazma qurğusu 12 kilometr 262 metr dərinlikdə analoji hadisə ilə üzləşmişdi. Bu qəzanın da səbəblərini aşkar etmək mümkün olmadı. Baş verən hadisədən bir neçə ay sonra YUNESKO-nun Avstraliyada keçirilən iclasında David Quberman Kola yarımadasındakı qazma işləri və orada baş verən qəza barədə məruzə ilə çıxış edirdi. Gözlənilmədən zaldakı alimlərdən biri onun çıxışını kəsərək:- Doktor Quberman, Siz Yer altında şeytanmı axtarırdınız?-deyə ondan soruşdu.

Quberman ona nə cavab verəcəyini bilmədiyindən çıxışını davam etdirdi. Sonralar Quberman YUNESKO-dakı konfransda ona ünvanlanan sualla bağlı belə demişdi:» Məndən bu müəmmalı qəza barəsində soruşanda nə cavab verəcəyimi bilmədim. Bir tərəfdən qəza ilə bağlı yayılan məlumatlara mistik don geydirilmişdi. Digər tərəfdən də həqiqətən də qəzaya nəyin səbəb olduğunu bilmirdim. Belə ki, qəza ərəfəsində quyudan qəribə, qeyri-adi uğultu və iniltini xatırladan səslər gəldi. Bunun ardınca isə quyuda qəza baş verdi. Bir neçə gündən sonra qyunu yenidən işə salmağa cəhd etdik. O vaxt quyunun dərinliklərində hər hansı bir uğultu və ya qeyri-adi səslər eşitmədik»,-deyir.

Qəzadan sonra Moskvada Kola yarmadasında kəşfiyyat-qazma işlərinin dayandırılması barədə qərar qəbul edildi. Buna səbəb kimi isə mailyyyə çatışmazlığı göstərildi.

Amma kəşfiyyat-qazma işləri bəzi maraqlı məqamları üzə çıxardı. Məsələn, məlum oldu ki, alimlərin Yerin alt təbəqələri barədə söylədikləri elmi baxımdan yanlışdır. Buna baxmayaraq günümizdə belə orta məktəblərdə şagirdlərə Yerin təbəqələri barədə qeyri elmi ehtimalları öyrətməkdə davam edirlər. Eyni zamanda kəşfiyyat-qazma işləri nəticəsində məlum oldu ki, 9,5 kilometr dərinlikdə qiymətli metallar, o cümlədən qızıl var. Onların ehtiyatı isə kifayət qədər böyükdür. Məsələn, 9,5 kilometr dərinlikdə 1 ton torpaqda 78 qram qızıl var. Yer üstündə isə 1 ton torpaqda 34 qram qızıl var və bu onun istehsalına başlanılması üçün kifayət edir. Gələcəkdə zərurət yaranacağı təqdirdə bu qızılın və digər qiymətli metalların istehsalına başlanacağı isə şübhə doğurmur.

Hazırda Kola yaımadasındakı qazma qurğusu özbaşına buraxılıb və ora xarabalığı xatırladır. Halbuki bir vaxtlar orada 16 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərirdi və minlərə adam ən yüksək maaş alaraq xüsusi imtiyazlara malik idilər. Hələlik Kola yarımadasındakı quyu öz sirrlərini gizlətməkdə davam edir. Kim bilir, bəlkə də gələcəkdə yenidən orada kəşfiyyat-qazma işlərinə baş vurulacaq…

Əziz Mustafa