«Virus parlaq və hamar səthləri sevir» — XƏBƏRDARLIQ

20


Mütəxəssislər koronovirusun parlaq və hamar səthləri “sevdiyini” deyirlər.


Medicina.az xəbər verir ki, alış-veriş arabaları koronavirusa yoluxmanın ən önəmli səbəblərindən biridir. İctimai nəqliyyatdakı tutacaqlar, ekskalatorlarda çıxarkən tutduğumuz yerlər, lıiftlər, qapı qolları və s. virusun ən çox sevdiyi yerləridir. Bunlar periodik olaraq dezinfeksiya edilməlidir.
Yaş dəsmal virusu öldürməz
Həkimlər bildirirlər ki, yaş dəsmallar virusu öldürməz. Təcili hallarda spirt və ya kolonyadan da istifadə etmək olar. Yaş dəsmal yerinə əlimizi sabunla yumaq ən qarantili üsuldur.

Mənbə: www.medicina.az