Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bir çox insanlar məhsulların əksəriyyətini soyuducuda saxlayır. Onların fikrinə görə, soyuducuda məhsullar daha təzə qalır və gec xarab olur. Lakin bu belə deyil.
Bakumedia.Press xarici KİV-lərə istinadla bildirir ki, mütəxəssislərin fikrinə görə bəzi məhsulların soyuducuda saxlanılması əksinə onların yararlıq müddətini və keyfiyyətini azaldır, dadını pisləşdirir. Bu məhsullar arasında:
— çörək
— qəhvə
— şokolad
— banan
— bitki yağı
— bal
— soğan və sarımsaq
— alma
— kivi
— xiyar, pomidor
— sitrus meyvələri (portağal, mandarin, limon)
— balqabaq
— ədviyyatlar