Erməni təbliğat maşınına qarşı necə birləşməliyik?

27

Nurlan Məmmədov

Ermənistan təbliğat maşınının və ermənipərəst qüvvələrinin təsiri ilə qeyri-obyektiv məlumat yayan və jurnalistikanın qaydalarına zidd olaraq Dağlıq Qarabağ cəbhəsindən gələn hər bir xəbərə tərəfli münasibət göstərən bir sıra xarici kütləvi informasiya vasitələrinin ciddi-cəhdlə yaydığı dezinformasiyalar hər gün tirajlanmaqla yanaşı müxtəlif dillərə də tərcümə edilərək yayımlanır. Hətta xarici KİV-lərin yayımladığı neytral məzmunlu xəbərlərinin başlıqlarını özlərinə sərf etdiyi tərzdə yazaraq dünya ictimaiyyətini çaşqınlığa salırlar.

Mən Azərbaycan ziyalılarını, müəllimlərini, tərcüməçilərini, ümumiyyətlə dünya azərbaycanlılarını erməni təbliğat maşınına qarşı vahid cəbhə almağa və silahla yanaşı, qələmlə də Vətənimizin bölünməzliyi ilə bağlı bu tarixi məsələdə mövqe nümayiş etdirməyə çağırırıam. 

Bizim köşə yazarlarımız Qarabağla bağlı onlarla ürəkdağlayan yazılar yazmışlar. Onları mütləq xarici dillərə tərcümə edib yayımlamaq lazımdır. Birinci Qarabağ mühairbəsinin qanlı nəticələri ilə bağlı fotoxronikaları, 31 Mart — Azərbaycanlıların soyqırımınnı özündə əks etdirən tarixi sənədləri onlayn informasiya resurslarımızda hər gün yayımlamaq, xaricdə fəaliyyət göstərən jurnalistləri belə tarixi faktları özündə əks etdirən məlumatlarla təchiz etmək lazımdır.

Dünyaya ermənilərin həyasızlığını, onların tarix boyu Azərbaycanlıların başına gətirdiyi hərbi cinayətlərin bu günə kimi davam etdiyini və özümüzü müdafiə etmədiyimiz halda növbəti soyqırıma məruz qalacağımızı dünya ictimaiyyətinə çatdırmalıyıq. Erməni silahlı birləşmələrinin eynilə faşist Almaniyası kimi səssizcə, sübh tezdən sərhədlərimizi beynəlxalq hüquq normalarına zidd şəkildə pozaraq, mənfur bir formada məhz mülki əhali yaşayan istiqamətlərdə hücuma keçməsi bütün dünya tərəfindən qınanmalı və Azərbaycan tərəfinin özünümüdafiə haqqı təqdir olunmalıdır. 

Azərbaycançılıq ideyalogiyası altında vahid amal uğrunda mübarizə aparan Qüdrətli Azərbaycan Ordusunun əsgərlərinin polad iradəsi artıq düşməni insanlığa qarşı yolverilməz hesab edilən bütün mənfur əməllər törətməyə vadar edir.

Hazırda erməni tərəfi mülki əhalimizə qarşı hərbi əməliyyatlarla yanaşı, kiberhücumlar təşkil edir,  həmçinin mobil telefonlara qadağan olunmuş kontentlər göndərməklə yaşlı və uşaqların sağlamlığına qarşı mənəvi-psixoloji aktlar həyata keçirirlər ki, bu da beynəlxalq hüquqda kibercinayət hesab edilir.

Lakin mən əminəm ki, Azərbaycanın Qüdrətli Ordusu döyüşmək istəməyib ağ bayraq qaldıran erməni əsgərlərinə əvvəla həm milli-mənəvi dəyərlər baxımından, sonra isə  müvafiq beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq aman verəcəkdir. Bunun üçün ordumuz yəqin ki, yaxın gələcəkdə hər hərbi əməliyyatdan öncə erməni cəbhəsinə müvafiq dillərdə anons vermək və ön cəbhədə döyüşənlərin bizim tərəfə təslim olub keçmələri üçün dəhliz yaradadacaq. Ermənistanın cinayətkar hərbi-siyasi rejimi tərəfindən qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisinə gətirilən və döyüşməyə məcbur edilən Ermənistanda yaşayan milli azlıqların – rusların, ukraynalıların, gürcülərin, yezidi kürdlərin, livan ermənilərinin təslim olacaqları təqdirdə onlara Azərbaycan Respublikası vətəndaşı verilməsi və yaxud arzu etdikləri üçüncü dövlətə getmələri üçün zəruri diplomatik tədbirlərin həyata keçiriləcəyini diqqətlərinə çatdırmaq Azərbaycan Respublikasının sülhsevər, regionda yaşayan xalqlar üçün barış və ədalət gətirdiyinə bir daha sübutdur.