Türkiyədə yaşayan azərbaycanlı Diyarbəkirdən Azərbaycana yürüş edəcək

46

Dünya 13 oktyabr — 15:58

Türkiyədə yaşayan azərbaycanlı Diyarbəkirdən Azərbaycana yürüş edəcək

Türkiyədə yaşayan azərbaycanlılar Azərbaycana dəstək məqsədilə müxtəlif aksiyalar keçirilər. Onlardan biri, Kipr qazisi, 66 yaşlı Qələndər Bayramlı Ermənistanın Azərbaycanın mülki şəxslərinə terror hücumlarını dünyanın diqqətinə çəkmək məqsədilə Türkiyənin Diyarbəkir vilayətindən Azərbaycana yürüş edəcək.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hazırda Türkiyədə yaşayan Q.Bayramlı ermənilərin Xocalıda törətdikləri soyqırımına dünya ictimaiyyətinin diqqətini çəkmək üçün 2012-ci ildə Ankaradan Azərbaycana yürüş edib. O, 43 gün müddətində 2882 km piyada yol qət edib.

Bayramlı ermənilərin hücumları nəticəsində uşaqların da öldürüldüyünü bildirməklə bütün dünyadakı azərbaycanlıları həmrəy olmağa çağırıb. O, Azərbaycanın haqq savaşında şəhid olmaq istədiyini söyləyib.

Q.Bayramlı 2012-ci ildə «Xocalı yürüşü»ndən sonra prezident İlham Əliyevlə və bir neçə millət vəkili ilə görüşüb.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Mənbə: virtualaz.org