Sibirdə 2100 illik sirli kəşf

46

Sibirin cənubunda yerləşən Tuva Respublikasında aparılan qazıntılar zamanı 2 min 100 illik olduğu müəyyən edilən sirli kəşf bütün dünyanın gündəmin mövzusuna çevrilib.


Bakumedia.press xəbər verir ki, arxeoloji qazıntılar zamanı ortaya çıxan qadın skletinin yanında mobil telefona bənzədilən bir kəmər tokası tapılıb. İlk baxışda ağıllı telefona bənzəyən sözügedən əşyanın qiymətli daşlardan hazırlanmış böyük bir kəmər tokası olduğu açıqlanıb.


Arxeoloqlar qadın skletinə «Nataşa»,  tapılan əşyaya isə mobil telefona bənzədiyi üçün «iPhone» adını verib.