Serdar Ortaç: «Sonadək Azərbaycanın yanındayam”

25

“Azərbaycan mövzusunda həssasam, çünki özümü ruhən yarı azərbaycanlı görürəm. Onların mədəniyyətini, musiqisini çox yaxından tanıyıram”.

Türkiyəli müğənni Sərdar Ortaç daha sonra bunları söyləyib:

“Ermənistan illərdir Azərbaycan ərazilərini utanmadan işğal etmiş durumdadır. Dünya da illərdir buna səs çıxarmırdı. Azərbaycan və Türkiyə prezidentləri bu işğala “Artıq yetər” dedi. Bizim qardaş ölkəmiz Azərbaycanın sonunadək yanındayam. Çox çətin coğrafiyada yaşayırıq. Davamlı problem çıxaran qonşularımız var”, — müğənni bildirib. /Report/