Tamer Karadağlı: «Məmnuniyyətlə Azərbaycan Ordusunda xidmət edərdim»

22

Əsli azərbaycanlı olan məşhur Turkiyə aktyoru Tamər Qaradağlı da Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirib.

“Çocuklar duymasın” serialındakı Haluk obrazı ilə şöhrət qazanan aktyor bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinə açıqlama verib. O, lazım gələrsə, Azərbaycan Ordusunun tərkibində düşmənə qarşı döyüşə biləcəyini vurğulayıb:

«Fikrimcə, bir millət, iki dövlət” əbəs yerə demirik. Əslində tək bir xalqıq. Eyni kökdən, eyni soydanıq. Azərbaycan əsgərlərinin yanındayam.

Ötən dəfə bir proqramda məndən soruşdular ki, Azərbaycan Ordusuna qatıla bilərəmmi? Dedim ki, məmnuniyyətlə qatılaram, ancaq yaşıma görə qəbul etməzlər. Bu sözlərdə səmimiydim. Necə ki Türkiyə hər hansı xarici təhlükəylə üzləşərsə, əlimdən gələni edərəm, eləcə də Azərbaycan torpaqlarını da o gözlə görürəm. Bu torpaqlara edilən hər hansı hücum mənim üçün Türkiyəyə edilmiş kimidir. İnşallah, tezliklə Qarabağ azad edilər. Hamımız toplaşıb gedərik, o torpaqlarda gözəl bir süfrə açarıq”.

Qeyd edək ki, aktyor üç il əvvəl Azərbaycanda olub. Onun ata babası, nənəsi Gəncədəndir.