Tramp KXDR və İranla saziş imzalayacaq

36

Dünya 8 avqust — 15:08

Tramp KXDR və İranla saziş imzalayacaq

ABŞ Prezidenti Donald Tramp ali dövlət postuna ikinci müddətə seçiləcəyi təqdirdə tez bir zamanda İran və Şimali Koreya ilə sazişə nail ola bilər.

Bu barədə yerli telekanallar xəbər yayıblar.

“Əgər seçkilərdə qələbə qazansaq, İran və Şimali Koreya ilə tez bir zamanda sazişə nail

ola bilərik”, — deyə ABŞ Prezidenti jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.

Donald Trampın sözlərinə görə, əgər o, 2016-cı ildə prezident seçilməsəydi, ABŞ artıq Şimali Koreya ilə müharibə edirdi. Lakin o, KXDR-lə münasibətlər qura bildiyi üçün bu baş vermədi.

Prezidentin fikrincə, Tehran Vaşinqtonla saziş imzalamaqda çox maraqlıdır. Lakin onlar sazişə Co Baydenlə daha asan nail ola biləcəklərini düşünərək seçkilərin nəticələrini gözləyirlər.

AzərTAc xatırladır ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə planlaşdırılır. Bu seçkilərdə ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.

Mənbə: virtualaz.org