Rusiyada koronavirusa yoluxanların sayı 900 minə yaxınlaşır

34

Dünya 8 avqust — 12:51

Rusiyada koronavirusa yoluxanların sayı 900 minə yaxınlaşır

Rusiyada son sutka ərzində daha 5 212 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkə üzrə yoluxanların ümumi sayı 882 min 347-yə çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bir gündə virusdan həm də 129 nəfər ölüb və Rusiyada pandemiya qurbanlarının sayı 14 min 854 nəfər olub.

İndiyədək 690 min 207 pasiyent sağalıb.

Xatırladaq ki, Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliya və Hindistandan sonra dünyada dördüncü yerdədir.

Mənbə: virtualaz.org